Bir obrazın məşhurlaşdırdığı əfsanələr


Kriminal 20 Noy 2019 10:50:00 347 0

Bir obrazın məşhurlaşdırdığı əfsanələr

Həyat bizim qarşımıza dəfələrlə şans çıxarır. Lakin onlardan elələri var ki, həyatımızı dəyişməyə, ani təsadüflə parlatmağa qadir ola bilir. Məsələn, cəmi bir-iki filmə çəkilməklə, ömür boyu məşhur olan, əfsanəyə çevrilən, indi haqqında bəhs edəcəyimiz şəxslər kimi.

Son.az ölkə.az-a istinadla bir obrazla məşhurlaşan əfsanələr haqqında kiçik araşdırmanı təqdim edir.

Süleyman Ələsgərov -1915-ci ildə doğulan, əsl ixtisası iqtisadçı olan aktyorun çəkildiyi yeganə film ''Bizim Cəbiş müəllim''dir. Ələsgərov daha bir neçə filmdə epizodlara çəkilsə də, demək olar ki, onların heç biri yadda qalmayıb. Ancaq buna rəğmən, o, ömrünün altmış üç ilini teatra həsr edib.

Aqil Ağacanov - ''Bizim Cəbiş müəllim''dəki Makedon rolu ilə tanınan aktyor 1949-cu ildə Bakının Pirşağı kəndində anadan olub. Əsl peşəsi kababçıdır. Onu Bakı kəndlərində ''kababçı Aqil'' kimi tanıyırlar. Aqil Ağacanovun filmə çəkilməsi də elə təsadüf nəticəsində olur. Belə ki, o, rejissor Həsən Seyidbəyli ilə nərd oynayır və mərc gəlir ki, əgər rejissor uduzsa, onu filmə çəkəcək. Və beləcə hamımızın Makedon kimi tanıdığı Ağacanov məşhurlaşır.

Səyavuş Şəfiyev - 1937-ci ildə anadan olub. Əsl peşəsi sirk artisti olan aktyor bir neçə filmdə rol alsa da, 1963-cü ildə çəkildiyi "Əhməd haradadır" filmi ilə məşhurlaşaraq, aktyor kimi tanınıb.

Gündüz Abbasov - 1930-cu ildə sənətçi ailəsində doğulan, elə bu səbəbdən də incəsənətə marağı böyük olan aktyoru ''Bir qalanın sirri'' filmi məşhurlaşdırmışdı. Gündüz Abbasov eyni zamanda yazıçı kimi də tanınır. Aktyorun son çəkildiyi film isə "Yuxu" (Hidayət əmi) olub.  Bu arada qeyd edək ki, film ekranlara çıxanda G.Abbasov həyatda deyildi. 

"Bəxt üzüyü" filmində Hüseynin qızı Sevinc obrazı ilə tanınan sima hazırda həkim kimi fəaliyyət göstərir. 

"Şərikli çörək" filmindəki Vaqif obrazıyla məşhurlaşan Kamran Rəcəbli 1960-ci ildə  anadan olub. Doqquz yaşında bütün ölkənin tanıdığı aktyor, hazırda Amerikada yaşayır, 2 övladı var.