Azərbaycanda əmtəəlik qaz hasilatı 28% artıb


İqtisadiyyat 20 Noy 2019 10:37:58 270 0

Azərbaycanda əmtəəlik qaz hasilatı 28% artıb

​Azərbaycanda əmtəəlik qaz hasilatı 28% artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 31 216,2 min ton xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 31 141,1 min tonu əmtəəlik xam neft olub.

Xam neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3% azalıb.

Hesabat dövründə ölkədə 28 952,3 mln. kubmetr təbii qaz hasil edilib. Bu isə ötən ilin müvafiq dövründən 15,9% çoxdur. Hesabat dövründə hasil edilən təbii qazın 19 925,2 mln. kubmetri əmtəəlik təbii qaz olub ki, bu da ötən ilin müvafiq dövründən 27,8% çoxdur.