Ötən ay Türkiyədə ev alan azərbaycanlıların sayı 30% azalıb


İqtisadiyyat 20 Noy 2019 10:21:30 369 0

Ötən ay Türkiyədə ev alan azərbaycanlıların sayı 30% azalıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın 954 vətəndaşı Türkiyədə mənzil alıb

Bu ilin oktyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 125 mənzil alıb.

“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 52 mənzil və ya 29,4% azdır.

Bu ilin yanvar-oktyabr ayları ərzində isə Azərbaycanın 954 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 14 mənzil və ya 1,5% çoxdur.

Qeyd edək ki, ümumilikdə oktyabr ayında 4 311 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da 2018-ci ilin eyni ayı ilə müqayisədə 2 016 ədəd və 31,9% azdır.

Bu ilin yanvar-oktyabr aylarında Türkiyədə 36 579 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2018-ci ilin 10 ayı ilə müqayisədə 5 867 ədəd və ya 19,1% çoxdur.

Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq siyahıda ilk yerdə qərarlaşıb. Bu ilin oktyabr ayında iraqlılar Türkiyədə 597, bu ilin 10 ayında isə ümumilikdə 6 124 mənzil əldə ediblər.

Siyahıda sonrakı yeri İran tutur. Bu ölkənin vətəndaşlarıoktyabr ayında 536, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində isə 4 160 mənzil satın alıblar.

İlk üçlüyü isə rusliyalılar tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 292 mənzil, bu ilin 10 ayı ərzində isə 2 231 mənzil əldə ediblər.