Azərbaycanda sərnişin daşınması 2%-dən çox artıb


İqtisadiyyat 20 Noy 2019 10:28:34 239 0

Azərbaycanda sərnişin daşınması 2%-dən çox artıb

Azərbaycanda sərnişin daşınması 2%-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər 191,7 mln ton yük daşıyıb.

“Report”un Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi məlumata görə, həmin dövrdə daşınan sərnişinlərin sayı isə 1 671,8 mln nəfərdir.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,5%, sərnişin daşınması isə 2,3% artıb. Yüklərin 65,6%-i avtomobil, 25,2%-i boru kəməri, 6,5%-i dəmir yolu, 2,6%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişinlərin 88,2%-i avtomobil, 11,5%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.