Azərbaycanda aqrar sektor 7%-dən çox böyüyüb


İqtisadiyyat 20 Noy 2019 10:15:30 229 0

Azərbaycanda aqrar sektor 7%-dən çox böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 6 900,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 6 900,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,2% çoxdur.

Son 1 ildə ölkədə istehsal edilmişbitkiçilik məhsullarının dəyəri 11,4% artaraq 3 549,5 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 3,2% artaraq 3 350,8 milyon manat olub.