Teylor “10 illiyin qadını” seçildi


Digərləri 20 Noy 2019 10:09:00 243 0

Teylor “10 illiyin qadını” seçildi

Amerikalı pop ifaçı Teylor Svift "Billboard's Women in Music 2019" mükafatının "Onilliyin qadını" nominasiyasına layiq görüləcək dünyada ilk laureat olacaq.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" "Billboard" nəşrinə istinadən yazıb.

Mükafatlandırılma mərasimi dekabrın 12-də Los-Ancelesdə "The Hollywood Palladium" teatrında baş tutacaq.

Qeyd etmək lazımdır ki, Svift on dəfə "Qremmi" mükafatına layiq görülüb - onun beş albomu "Billboard 200" çartında ilk sıranı tutub, beş mahnısı isə ayrı-ayrı vaxtlarda "Billboard Hot 100"ə başçılıq edib.