Bu rayonda əhalinin istiliklə təchizatı üçün qaz müvəqqəti kəsiləcək


Digərləri 20 Noy 2019 09:42:00 304 0

Bu rayonda əhalinin istiliklə təchizatı üçün qaz müvəqqəti kəsiləcək

Bu gün saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr müşahidə ediləcək.

Son.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin (İB) Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Trend-ə bildirilib.

Onun sözlərinə görə, fasilələr həmin rayonda əhalinin istiliklə təchizatı üçün görüləcək vacib işlərin icrası ilə əlaqədardır. Belə ki, "Azəristiliktəchizat" ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək.

Həmçinin məlumata görə, Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən "SOCAR PETROLEUM" QSC-yə məxsus 21 saylı yanacaqdoldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş 159 mm diametrli yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.