Bakıda yoxa çıxan piyada zolaqları... - VİDEOREPORTAJ


Digərləri 20 Noy 2019 09:06:20 288 0

Bakıda yoxa çıxan piyada zolaqları... - VİDEOREPORTAJ

Yerdə yoxa çıxan piyada zolaqları...

Hazırda Bakıda və ətraf ərazilərdə avtomobil yollarındapiyada keçidi zolaqları var. Ancaq onların əksəriyyəti, demək olar,görünməz haldadır və ya tamamilə gözdən itib. Təbii ki, buda haqlı narazılığa səbəb olur.Adətən, mərkəzdəbelə hallar olanda həmin zolaqlar qısa müddətdə rənglənir. Ancaq şəhərətrafındapaytaxtın mərkəzi hissəsi ilə müqayisədə silinən piyada zolaqları daha çoxdur. Əlbəttə,bu da yollarda bədbəxt hadisələrin baş verməsinə və sürücülərin cərimələnməsinə səbəb olur. Bəs sözügedən problemi necə həll etmək olar?

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı “Report”a açıqlamasında bildirib ki, rəngi solan və ya silinən piyada zolaqları məsələsi çox aktualdır və belə zolaqlar potensial qəza mənbəyidir: “Bu gün nəinki Bakıətrafı qəsəbələrdə, hətta şəhərin özündə belə həmin zolaqların silindiyinin şahidi oluruq. Doğrudur, mərkəzdə belə zolaqlar mütəmadi olaraq rənglənir, amma ətraf ərazilərdə biz bunu görmürük. Bakıətrafı qəsəbələrdə bu məsələ bir qədər diqqətdən kənarda qalıb. Əvvəllər bu boyaların tərkibinə fosfor, şüşə tozu, alüminium qırıntıları və digər kimyəvi maddələr qatırdılar. Axşam saatlarında avtomobillərin işığında piyadakeçidi işıq saçırdı və görünürdü. Nəticədə sürücü piyada keçidini görüb sürəti azaldırdı. İndi isə piyada keçidlərində bu effekti cəmi bir ay görə bilərsən”.

Onun sözlərinə görə, paytaxtın bəziküçələrində piyada keçidlərinin yeri düzgün müəyyənləşməyib: "Bəzi ünvanlarda zolaq var, amma nişan qoyulmayıb, bəzilərində zolaqlar silinərək görünməz hala düşüb. Mircəlal küçəsiAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenicə təmir edilməsinə baxmayaraq, hazırda həmin ərazidə vəziyyət olduqca acınacaqlıdır. Əvvəldən piyada zolağının mövcudluğuna baxmayaraq, 30 metr sonra dahabir piyada zolağı çəkilib və əvvəlkini silməyiblər. Belədə sürücü ilə piyada arasında müəyyən gərgin anların yaşanmasına səbəb olur.Sürücülər də deyir ki, zolağın silinməsi onlarla piyadalar arasında mübahisəyə səbəb olur.Piyada "yol mənimdir" deyib yolu keçir, biz isəyolda zolaq görmədiyimiz üçün piyadaya yol vermək istəmirik.Nəticədə də qəza şəraiti yaranır, hətta piyada vurulması riskini artırır".

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev “Report”a deyib ki,paytaxtın küçə-yol şəbəkəsində mövcud eyni səviyyəli piyada keçidlərinin, yəni zolaqların yenilənməsi işləri mütəmadi olaraq aparılır: "Bu, bəzi hallarda vətəndaş müraciətləri, bəzi hallarda isə əməkdaşlarımızın apardığı monitorinqlər əsasında zolaqların silinməsi ilə bağlı aşkarlanan hallar aradan qaldırılır. Ötən dövr ərzində 1400 piyada zolağı çəkilib. Onlardan artıq miniyenilənib. Təkcə sentyabr ayında yüzdən artıq məktəbin qarşısında piyada zolaqları yenilənib".

Onun sözlərinə görə,yaxın gələcəkdə paytaxtın dahaçox risk qrupuna daxil olan küçələrindəAvropa ölkələrində geniş tətbiq olunan 3D formatlı piyada zolaqlarından istifadə edilməsi nəzərdə tutulur: "3D formatlı piyada zolaqlarının bütün küçələrdə istifadə edilməsi hələlikmümkün deyil. Daha çox risk qrupuna daxil olan və piyadaların kütləvi istifadə etdiyi küçələr var, onlar da təhlillərlə müəyyənləşdiriləcək. Bundan sonra3D formatlı piyada zolaqlarından istifadə edilməsi planlaşdırılacaq".

Qeyd edək ki, qaydalara görə, piyada zolaqlarının rəngləmə işləri magistral yollarda hər 5-6 aydan bir, şəhərdaxili yollarda isə 2-3 aydan bir intensivliyə görə yenidən rənglənməlidir.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək