İstanbulda son 40 ilin ən isti noyabr ayı qeydə alınıb


Digərləri 20 Noy 2019 08:59:00 343 0

İstanbulda son 40 ilin ən isti noyabr ayı qeydə alınıb

Hazırda İstanbulda son 40 ilin ən isti noyabr ayı qeydə alınıb.

Türkiyənin Hidrometeorologiya İdarəsindən verilən məlumata bu ay şəhərdə hava temperaturu əsasən orta hesabla 21.7° təşkil edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 1981-ci ilin eyni dövründə İstanbulda hava temperaturu orta hesabla 11.7 ° olaraq qeydə alınıb.

Mütəxəssislərin hesablamalarına görə, hava dəyişikliyi sadəcə İstanbulda deyil, bütün Türkiyə ərazisində müşahidə edilir. Belə ki, son 50 ilin göstəricilərinə nəzər saldıqda, ölkə ərazisində hava temperaturu 1.2° artıb. Belə ki, əgər Türkiyə ərazisində 1970-1978-ci illərin noyabr aylarında hava temperaturu orta hesabla 12.7 ° qeydə alınıbsa, bu rəqəm 2007-2016-cı illərin eyni dövründə 13.9° təşkil edib.