Səyahət üçün ən təhlükəli ölkələr


Digərləri 20 Noy 2019 07:21:00 274 0

Səyahət üçün ən təhlükəli ölkələr

Liviya və Somali səyahət üçün dünyanın ən təhlükəli ölkələri hesab olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, beynəlxalq ekspertlər qrupu turistlər üçün təhlükəli və təhlükəsiz ölkələri göstərən interaktiv xəritə hazırlayıb. Reytinqin hazırlanmasında üç meyar - yol hərəkətinin təhlükəsizliyi, cinayətkarlıq səviyyəsi və tibbi xidmətin keyfiyyəti əsas götürülüb.

Liviya və Somali ilə yanaşı, Əfqanıstan və Venesuela da üç meyar üzrə aşağı qiymət alıb.

Turistlər üçün ən çox risk terror və xalq üsyanları təhlükəsinin yüksək olduğu Qvineya, Serra-Leone, Liberiya, Suriya, Yəmən, İraq və Nigeriyanın bir sıra rayonlarındadır. Yol-nəqliyyat hadisələri ilə ən çox Venesuela, Tailand, Vyetnam və bir sıra Afrika ölkələrində qarşılaşmaq olar.