Meksikada fermadan 25 insan meyiti aşkarlanıb


Dünya 20 Noy 2019 04:57:08 309 0

Meksikada fermadan 25 insan meyiti aşkarlanıb

​Meksikada fermadan 25 meyit aşkarlanıb

Meksikada onlarla insanın meyiti aşkarlanıb.

"Report" "Haber7.com"a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Qeyd edilir ki, ölkənin güclü narkotik kartellərinin olduğu Halisko əyalətinin Tlajomulko adlı kəndində 52 çantada 25 insan meyiti tapılıb.

Haliskonun prokuroru bildirib ki, meyitlərdən 6-ı onların ailə üzvləri tərəfindən tanınıb.

Məlumata görə, Milli Qvardiya Korpusu Halisko ştatının Tolukilla rayonunda keçirdiyi reyd zamanı 15 nəfərin həbs edilməsinə nail olub. Prokurorluq araşdırmanın davam etdirildiyini bildirib.

Qeyd edək ki, Halisko Meksikanın cinayət hadisələrinin ən yüksək olduğu əyalətlərdən biridir.