Tusk: Aİ genişlənmə siyasəti ətrafında birliyi bərpa etməlidir


Digərləri 20 Noy 2019 04:19:00 249 0

Tusk: Aİ genişlənmə siyasəti ətrafında birliyi bərpa etməlidir

Avropa İttifaqı genişlənmə siyasəti ətrafında birliyi bərpa etmək üçün səy göstərməlidir

Bakı. Avropa İttifaqı genişlənmə siyasəti ətrafında birliyi bərpa etmək üçün səy göstərməlidir. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Xorvatiyanın baş naziri Andrey Plenkoviç ilə görüşün yükunları üzrə Avropa Şurasının rəhbəri Donald Tusk deyib. D.Tusk bildirib: "Şimali Makedoniya və Albaniya ilə bağlı qərarın verilməməsi böyük bir məyusluqdur, amma mən nikbin olmağa davam edəcəyəm. Aİ-nin genişlənmə siyasəti ətrafında birliyini bərpa etmək üçün mümkün olan hər şeyi etmək lazımdır". (adsgarden = window.adsgarden || []).push({}); A.Plenkoviç öz növbəsində qeyd edib ki, Xorvatiyanın bu məsələ ilə bağlı mövqeyi aydırdır: "Biz hesab edirik ki, bu ölkələr və onların Avropa perspektivləri, habelə Avropanın cənub-şərq bölgəsində sabitlik üçün bu danışıqlara başlamaq yaxşı olardı". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin