Tramp impiçmenti üzrə dinləmələri biabırçılıq adlandırıb


Dünya 20 Noy 2019 03:01:54 312 0

Tramp impiçmenti üzrə dinləmələri biabırçılıq adlandırıb

​Tramp impiçmenti üzrə dinləmələri biabırçılıq adlandırıb

ABŞ prezidenti Donald Tramp Konqresdə özünün impiçmenti üzrə dinləmələri biabırçılıq adlandırıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" bildirib.

O, Konqresdəki çıxışların bir hissəsinə baxdığını etiraf edib. Dövlət başçısının sözlərinə görə, amerikalılar şahidlərin ifadələri haqqında öz fikirlərini söyləməlidir.

2019-cu ilin sentyabrında Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı ətrafında qalmaqal yaranıb. Məlumata görə, Tramp Zelenskiyə təzyiq göstərib və Baydenə qarşı araşdırmaya başlamağı xahiş edib.