Balakəndə əl qumbarası aşkar edilib (FOTO)


Digərləri 20 Noy 2019 00:39:13 53 0

Balakəndə əl qumbarası aşkar edilib (FOTO)

Balakəndə əl qumbarası aşkar edilib

Bakı. Balakəndə əl qumbarası aşkar edilib. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Trend-ə verilən məlumata görə, noyabrın 19-u saat 14:02-də Agentliyə Daxili İşlər Nazirliyinin Balakən rayon Polis Şöbəsindən həmin rayonun Mahamalar kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Balakən rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri, Balakən rayon Polis Şöbəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Balakənçayın sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd üzərində partladıcısı (UZRQM) olan F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. (adsgarden = window.adsgarden || []).push({}); Əl qumbarasının ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 19 noyabr 2019-cu il tarixlərində 235 siqnal (əməliyyat çağırışı) əsasında 203 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Xocavənd, Kürdəmir, Qazax, Quba, Lənkəran, Oğuz, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 12 ev və həyətyanı sahəyə, təmas xəttinə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1 926 ədəd partlamamış hərbi sursat (PHS), 28 717 ədəd müxtəlif çaplı patron, 12 ədəd piyada əleyhinə mina, 26 ədəd tank əleyhinə mina və 41 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 170 270 kv.m ərazi yerüstü və 13 957 kv.m ərazi yeraltı yoxlanılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Bakı-Sumqayıt yolunda qəza olub, xəsarət alan var like
  • 20 Noy 00:13  
Sosial Bakı-Sumqayıt yolunda qəza olub, xəsarət alan var

Bakı-Sumqayıt yolunda qəza olub, xəsarət alan var

arrow Ətraflı
Qarakənd faciəsindən 28 il ötür like
  • 20 Noy 00:02  
Siyasət Qarakənd faciəsindən 28 il ötür

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus &q

arrow Ətraflı
Günün qoroskopu: Ümidlərinizin qismətində doğrulmaq yoxdur like
  • 20 Noy 00:01  
Digərləri Günün qoroskopu: Ümidlərinizin qismətində doğrulmaq yoxdur

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Qarakənd faciəsindən 28 il ötür like
  • 20 Noy 00:01  
Digərləri Qarakənd faciəsindən 28 il ötür

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "M

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşıb like
  • 19 Noy 23:59  
Digərləri Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Jeep Wranglerin iki yeni modeli var like
  • 19 Noy 23:55  
Digərləri Jeep Wranglerin iki yeni modeli var

Bu gündən etibarən Jeep Crangler-in dizel mühərriki ilə təchiz edilən ik

arrow Ətraflı
“SəhihiBuxari”də və “SəhihiMüslim”də neçə hədis vardır? like
  • 19 Noy 23:50  
Digərləri “SəhihiBuxari”də və “SəhihiMüslim”də neçə hədis vardır?

Əhli-sünnənin ən mötəbər hədis məcmuələrindən sayılan "Səhihi

arrow Ətraflı
Apple ilin 3cü rübünə olan gəlirini açıqladı like
  • 19 Noy 23:45  
Digərləri Apple ilin 3cü rübünə olan gəlirini açıqladı

Apple şirkəti bu ilin üçüncü rübündə əldə etdiyi maliyyə gəlirini a

arrow Ətraflı
Ət və ya balıq məhsulunu bişməmiş çiy halda yemək icazəlidirmi? like
  • 19 Noy 23:40  
Digərləri Ət və ya balıq məhsulunu bişməmiş çiy halda yemək icazəlidirmi?

Dinimiz yeməklə bağlı müəyyən tələblər irəli sürür ki, bunların ə

arrow Ətraflı
Tbilisidə etirazçılar parlament binasını mühasirəyə aldılar like
  • 19 Noy 23:39  
Dünya Tbilisidə etirazçılar parlament binasını mühasirəyə aldılar

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası dava

arrow Ətraflı
AKP sorğu keçirdi like
  • 19 Noy 23:38  
Dünya AKP sorğu keçirdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən keçiri

arrow Ətraflı
PKK Suriyada məktəbi bombaladı like
  • 19 Noy 23:37  
Dünya PKK Suriyada məktəbi bombaladı

PKK/YPG terror təşkilatı Suriyanın Tel Abyad yaşayış məntəqəsinin Curn

arrow Ətraflı
Hindistanda təbii fəlakət 2400 can aldı like
  • 19 Noy 23:36  
Dünya Hindistanda təbii fəlakət 2400 can aldı

Hindistanda bu ilin musson mövsümündə azı 2391 nəfər həlak olub, 800 min

arrow Ətraflı
Diabetdən qorunmanın like
  • 19 Noy 23:35  
Digərləri Diabetdən qorunmanın

Diabet əsrin ən çox yayılmış xəstəliklərindən biridir. 2-ci tip diabet

arrow Ətraflı
Balakəndə əl qumbaraları aşkarlanıb  FOTO like
  • 19 Noy 23:31  
Digərləri Balakəndə əl qumbaraları aşkarlanıb FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli

arrow Ətraflı