Jeep Wranglerin iki yeni modeli var


Digərləri 19 Noy 2019 23:55:00 262 0

Jeep Wranglerin iki yeni modeli var

Bu gündən etibarən Jeep Crangler-in dizel mühərriki ilə təchiz edilən iki yeni yolsuzluq modifikasiyası ortaya çıxıb.

Son.az ted.az-a istinadən bildirir ki, söhbət 260 at gücündə 3 litrlik mühərrik ilə çalışan Rubicon və Sahara versiyalarından gedir. Tam dolu bak avtomobilə 800 kilometr yolu qət etməyə kifayət edəcək. Mühüm seçimlərdən 8 pilləli avtomatik transmissiyanın istifadəsi göstərilir.

Modellər sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün geniş variant paketinə malikdirlər. Artıq dekabrın sonuna kimi Rubicon və Sahara-nın hər iki dizel modifikasiyası azad satışda görünəcək. Başlanğıc qiymət etiketi əsas versiyada 32,2 min dollar təşkil edəcək.