Tbilisidə etirazçılar parlament binasını mühasirəyə aldılar


Dünya 19 Noy 2019 23:39:00 314 0

Tbilisidə etirazçılar parlament binasını mühasirəyə aldılar

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası davam etdirilir.

Son.az teleqraf.com-a istinadən bildirir ki, aksiyanı "Utanc" hərəkatı təşkil edib.

Müxalifət partiyalarının liderləri və tərəfdarlarının da qatıldığı aksiyada az kütləvilik müşahidə olunur.

Parlamentin binası önündəki Rustaveli prospektində avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq olunmur.