Rusiya bütün avtomobilləri izləmək üçün platforma yaradır


Digərləri 19 Noy 2019 23:15:00 307 0

Rusiya bütün avtomobilləri izləmək üçün platforma yaradır

11 noyabr 2019 ildə "Avtodata" platformasının inkişafı üçün əlavə olaraq 1,3 milyard rubl büdcə vəsaiti lazım olduğu məlum olub. Qeyd edək ki, bundan əvvəl dövlət bu layihəyə artıq 325 milyon rubl ayırıb. Layihənin sifarişçisi "QLONASS"dır.

Son.az ted.az-a istinadən bildirir ki, yeni xərclər barədə "Avtonet" NTİ-nin rəhbərinin müşaviri və "QLONASS"-ın vitse-prezidenti Yevgeni Belyanko məlumat verib.

Onun sözlərinə görə, yeni vəsaitlər bu xidmətlər üçün proqram təminatının yenidən işlənməsinə, avadanlığın alınmasına və testlərə yönəldiləcək. Belyanko layihənin özünü ödəmə qabiliyyətinə 3-5 il ərzində çıxacağına ümid edir.

"Avtodata" layihəsi artıq mövcud olan rəqəmsal sistemlərin avtomobil və nəqliyyat məlumatlarını toplayacaq, saxlayacaq və emal edəcək milli platformanın yaradılmasını nəzərdə tutur. Bu, avtomobilin istismarı, sürücülərin sağlamlığı, eləcə də xarici ətraf mühit haqqında məlumatdır (yolun keyfiyyəti, hava şəraiti, istifadə coğrafiyası və s.).