Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyevanın iştirakı ilə Bakının Atatürk prospektində yerləşən parkda 10 tutuquşu buraxılıb FOTO


Digərləri 19 Noy 2019 22:51:00 298 0

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyevanın iştirakı ilə Bakının Atatürk prospektində yerləşən parkda 10 tutuquşu buraxılıb   FOTO

Noyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakının Atatürk prospektində yerləşən parkda 10 tutuquşu buraxılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, IDEA-nın "Urban Ecology" ("Şəhər ekologiyası") layihəsi çərçivəsində parkda məskunlaşdırılmış yaxalıqlı tutuquşu (lat. Psittacula krameri) Bakı şəhərinin iqlim şəraitində yaşaya və çoxala bilən tutuquşu növüdür.

"Urban Ecology" layihəsi Bakı və onun ətrafındakı ictimai yerlərin şəhər mühitində rahat yaşayıb çoxala bilən heyvan və quş növləri ilə zənginləşdirilməsini, eləcə də bu növlərin qorunub saxlanması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Məlum olduğu kimi, vəhşi təbiətin qorunub saxlanması üzrə çoxşaxəli səylərlə yanaşı, Leyla Əliyevanın təşəbbüsü ilə şəhər mühitinə aid olan növlərin mühafizəsi istiqamətində də geniş tədbirlər həyata keçirilir. Bu xüsusda, Bakıda küçə heyvanlarının qorunmasına yönəlmiş IDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyət göstərir, şəhərboyu pişiklər üçün xüsusi evciklər qurulur və digər işlər aparılır.