Qaz tükündən yorğanlar ağciyər xəstəlikləri yaradır –


Digərləri 19 Noy 2019 23:05:00 392 0

Qaz tükündən yorğanlar ağciyər xəstəlikləri yaradır –

Hazırda dəbdə olan qaz tükü, qu tükü, yüngül tüklərdən odeyallar, yorğanlar ağciyərlərdə iltihabi xəstəliklər yaradırmış.

Son.az medicina.az-a istinadən bildirir ki, şotland pulmonoloqları 43 yaşlı pasiyentin misalında bu yorğanların təhlükəli olması barədə açıqlama edib. Kişi pasiyent 3 ay idi ki, boğulma, nəfəsalmada problem, xroniki yorğunluqdan əziyyət çəkirdi. Hətta pilləkənləri çıxanda belə problem yaşayırdı.

Xəstəxanaya çatdırılanda o artıq nə müstəqil olaraq gəzə, nə də ayaq üstə dayana bilirdi.

Pasiyentin ağciyərlərinin sıradan çıxma səbəblərini araşdıran həkimlər bunun nə tozdan, nə  pişiklərdən, nə də hər hansı qidanın allergen olmadığını görür. Bir müddət sonra kişi xəstəlikdən əvvəl bütün yastıq və yorğanlarını dəyişib, quş tükündən aldığını etiraf etdi.

Analizlər də quş qanadlarında və lələyində olan zülala qarşı antitel göstərdi. Pasiyentə hiperhəssas pnevmonit diaqnozu qoyuldu.