Antropomorf robotlar haqqında bütün həqiqət... –


Digərləri 19 Noy 2019 22:45:00 443 0

Antropomorf robotlar haqqında bütün həqiqət... –

Müasir zamanda "Antropomorf robot" ifadəsini tez-tez eşidirik. Çünki son illərdə robotların çoxunu antropomorf hala gətirməyə çalışırlar. Ən son nümunələrdən biri, bir müddət əvvəl kosmosa göndərilən robot Fedor hesab edilə bilər. Niyə son vaxtlar bu cür robotlar daha çox yayılır və ən başlıcası niyə tərtibatçılar məhz onları yaratmağa çalışırlar?

Antropomorf  robot nədir?

Əvvəlcə, "antropomorf robot" anlayışının nə demək olduğuna baxaq. "Antropomorf" sözü insanaoxşar və ya insanabənzər deməkdir. Buna əsaslanaraq demək olar ki: "Antropomorf robot - insanabənzər bir quruluşa və oxşar xüsusiyyətlərə sahib bir robotdur".

Elm adamları və mühəndislərin robotları yaratmaq üçün təcrübələrə başlamazdan əvvəl tarixə nəzər salsaq elmi-fantastların robotları necə təsəvvür etdiyini xatırlayaq. Onlar avtomatlaşdırılmış insan köməkçilərini elə insanabənzər olduğunu düşünürdülər.

Texnologiyanın inkişafı robototexnika sahəsində araşdırmalara icazə verdikdə, elm adamları məhz insanabənzər robotlar üçün seçim təklif etdilər. Sadəcə onları düzəltmək olduqca çətin idi, amma bir müsbət tərəfi vardı: insana bənzədikləri üçün insanı qorxutmurlar, digər tərəfdən də elm adamlarının "yeni bir insan" yaratmasını nümayiş etdirirlər.

Hərçənd bəzən oxşarlıq həddini aşır. Belə oxşarlığa misal olaraq, Hiroşi İşiquranın yaratdığı və uğurla istifadə etdiyi robotu göstərmək olar. Hələ 2009-cu ildə o, təkcə İşiquranın özünə bənzəyən deyil, həm də hərəkətlərini təkrarlamağa qadir olan robotu yaratdı. İngilislərin bu gün yaşayan on dahidən üçüncüsü adını verdiyi professor şəxsən görüşdə və ya mühazirədə iştirak edə bilmədiyi zaman tələbələr və digər insanlarla ünsiyyət üçün robotdan istifadə edir.

Professor insanların bu vəziyyətə tez uyğunlaşdıqlarını və həqiqi İşiqura ilə ünsiyyət üçün androidlə əlaqə qura bildiklərini iddia edir. O, buna  "övladının" üz ifadələrinin ideallığı sayəsində nail olub. Məhz üz mimikası insanın qarşısında duranın cansız bir maşın deyil, canlı bir insan olduğunu açıq şəkildə göstərən ifadələrdən biridir.

Düşünmədən deyə bilərsiniz, bunlardan hansı İşiqura, hansı onun robot nüsxəsidir?

Problem ondadır ki, professor İşiquranın androidini bəzən özü ilə səhv salırlar, çünki normal danışmağı bacarır, canlı insanın nitqinidən istifadə edir.

Son.az ted.az-a istinadən bildirir ki, müasir robotlar artiq dialoq qura bilir, amma bu, hələ o qədər də yaxşı alınmır. Onlar danışarkən ya bir az yavaşlayır, ya da canlı bir insandan eşitməyəcəyimiz ifadələr qururlar. Əgər İşiquranın androidi şəklində olan avtonom bir robotu tamamilə insan görünüşü ilə təchiz etsələr, insanları cəlb etməz, əksinə qorxudar. Bu mövzuda bir çox tədqiqatlar aparılmışdır. Bu tədqiqatlardan belə bir nəticəyə gəlindi ki, insanlar hələ də real insanabənzər robotlara hazır deyillər, çünki onlardan nə gözləyəcəklərini bilmirlər. İnsanlar antropomorf robotla danışıq apardıqda nəzərə çarpacaq dərəcədə əsəbi olmağa başlayır və özlərini narahat hiss edirlər.

Robotlar necə yaradılır

Hələ ki, insanları təqlid edən robotlar sadəcə əyləncə üçün yaradılır. Onlarla danışa, avatar kimi istifadə edə və Yaponiyada yerləşən "Qəribə otel" adını daşıyan oteldə olduğu kimi qəbul otağında qoya bilərsiniz. Ümumiyyətlə, hazırda bu, texnologiya naminə texnologiyadır, daha sonra faydalı olacaq, lakin bu gün robotlar hamısı əyləncə və araşdırma üçün yaradılıb.

Yığılmamış bir robot heç də xoş görünmür ...