Çirkli hava ölümə aparır


Digərləri 19 Noy 2019 22:35:00 394 0

Çirkli hava ölümə aparır

Mütəxəssislər dünyada havanın çirklənməsinin artacağı təqdirdə , 1952-ci ildə Londonda 12000 insanın ölməsi ilə nəticələnən faciənin yenidən yaşanacağını proqnozlaşdırıb.

Son.az medicina.az-a istinadən bildirir ki, İstanbul Texniki Universiteti (İTÜ) müəllimim Dr. Hüseyin Toros və iqlim fəalı Patricia Mallam, dünyada təsirini artıran havanın çirkliliyi ilə əlaqədar yeni açıqlamalar verib.

Toros, lazımi tədbirlər görülməsə, Londonda minlərlə insanın, əsasən də uşaqların və qocaların ölümünə səbəb olan ölümcül hava çirklənməsinin gələcəkdə böyük şəhərlərin də taleyi ola biləcəyini söyləyib. Ötən əsrdə havanın keyfiyyətinin aşağı düşməsini xatırladan Toros, "planlaşdırılmamış şəhərləşmə, sənayeləşmə, qalıcı yanacaqlı nəqliyyat vasitələrinin sayının artması və keyfiyyətsiz yanacaq istifadəsinin, xüsusilə qışda hava çirkliliyinə səbəb olduğunu bildirib.

"Hər il 7 milyon insan hava kirliliyi səbəbindən ölür"

Toros, havanın çirkliliyini insan fəaliyyəti və təbii hadisələr nəticəsində atmosferə atılan çirkləndiricilər səbəbiylə havadakı zərərli maddələrin artması olaraq təyin edib.Çirklənmə canlıların həyatına mənfi təsir göstərən və iqtisadi itkilərə səbəb olan ciddi bir problem olduğunu söyləyən Toros, çirklənmənin fiziki ziyanlarının olduğunu söyləyib. Belə ki, hər 10 insan dan 9-u kirli hava ilə tənəffüs alır.

Hava çirkliliyinin insanlarla yanaşı digər canlılara da zərər verdiyini vurğulayan Toros, təxminən bir milyona yaxın heyvan və bitkinin məhv olmaq təhlükəsi altında olduğunu qeyd edib.