Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb


Sosial 19 Noy 2019 22:22:10 327 0

Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb

​Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 46 705,8 milyon manat təşkil edib.

Bu barədə"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur.

Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6% artaraq 4 719,2 manata çatıb.