Bağdadın Əhrar körpüsü dəyişiklik tələb edən etirazçılara "ev" olub


Dünya 19 Noy 2019 22:03:00 323 0

Bağdadın Əhrar körpüsü dəyişiklik tələb edən etirazçılara "ev" olub

İraqda hökumət əleyhinə günlərdir davam edən etirazlardan sonra gərginlik artmaqdadır.

Etirazçılar strateji yola nəzarəti təhlükəsizlik qüvvələrindən aldıqdan iki gün sonra noyabrın 19-da Bağdadın Əhrar körpüsündə oyanaraq gündəlik etirazlarına davam ediblər.

Əhrar körpüsü paytaxtda hökumət binaları və xarici səfirliklərin yerləşdiyi Yaşıl Zonaya aparan körpülərdən biridir. Təhrir Meydanı ilə birlikdə bu körpülər onilliklər ərzində hökumət əleyhinə nümayişlərin keçirildiyi əsas yerlər olub.

Etirazların ardıcıl olaraq davam etdiyi yeddinci həftəsində bəzi nümayişçilər şəhərin strateji hissələrini nəzarət altında saxlamaq üçün beton barrikadaların yanında qurulmuş müvəqqəti düşərgələrdə məskunlaşıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, onlar "qanunsuz" adlandırdıqları hökumət tərəfindən bütün tələblər yerinə yetirilməyənə qədər küçələrdə qalacaqlarına söz veriblər.