Tramp: "Əgər Çinlə saziş imzalanmasa, ABŞ rüsumları daha da artıra bilər"


Dünya 19 Noy 2019 21:51:41 321 0

Tramp: "Əgər Çinlə saziş imzalanmasa, ABŞ rüsumları daha da artıra bilər"

​Tramp: "Əgər Çinlə saziş imzalanmasa, ABŞ rüsumları daha da artıra bilər"

ABŞ prezidenti Donald Tramp güman edir ki, əgər Çinlə ticarət sazişinə nail olunmasa, Çin mallarına rüsumlar daha da artırıla bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlər qarşısında çıxış edərkən bildirib.

Bununla yanaşı, ABŞ prezidenti Çinlə münasibətlərin yaxşı olduğunu bildirib

"Mənim Çinlə münasibətlərim yaxşıdır. Baxaq, görək nə olacaq", - o deyib.

"Əgər biz sazişi bağlamasaq, mən rüsumları daha da artıracam", - Ağ Ev rəhbəri əlavə edib.

Tramp daha əvvəl qeyd edib ki, əgər nail olunsa, rəsmi Vaşinqton və Pekinin son ticarət sazişi üzrə danışıqlar çərçivəsində birinci mərhələnin tamamlanmasını qeyd edəcək razılaşma ABŞ-da imzalanacaq. ABŞ prezidentiticarət sferasında mübahisələrin nizama salınması üzrə Amerika-Çin danışıqlarında irəliləyişin olduğunubildirib.