Uğurlu marketinq sirlərindən biri –


Digərləri 19 Noy 2019 21:20:00 320 0

Uğurlu marketinq sirlərindən biri –

Marketinq və reklam bazarının ayrılmaz abreviaturası olan SMP-nin (Single-Minded Proposition - hədəflənmiş təklif) 50 yaşı olsa da, bu gün həmişəkindən daha aktualdır.

Son.az ted.az-a istinadən bildirir ki, terminin yaradıcısı Rosser Rivzə görə, bütün reklam və marketinqin taleyi, uğurlu kampaniyaların təməli bu kəlmələrin üzərində qurulur.

Bu kəlmələr  istehlakçıya məhsul haqqında təklif ötürür. Təklif çox güclü olmalıdır. Elə unikal olmalıdır ki, onu indiyə qədər heç kim səsləndirməsin. O qədər ambisiyalı olmalıdır ki, milyonlarla müştərini rəflərə cəlb etsin.

ABŞ-ın böyük reklam şirkətlərində deyirlər ki, "SMP-si olmayan kreativi almısınızsa, onu geri göndərin. Özünüz SMP-siz brif (tərəflər arasında əməkdaşlığı planlaşdıran qısa yazılı xülasə, təlimat) yazırsınızsa, deməli, yanlış işlə məşğulsunuz. Əgər şirkət rəhbəri kimi SMP-siz brif təsdiq edirsinizsə, öz biznesinizi uçuruma aparırsınız".

Milyonların beyninə yazılmış ən uğurlu SMP-lərə misal olaraq aşağıdakıları təqdim edirik

Nike: Sadəcə bunu elə (Just do it).

FedEx: Bütün dünya vaxtında (The World on Time)

Apple: Fərqli düşün (Think different)

M&M: Ağzınızda əriyir, əlinizdə yox (Melt in your mouth, not in your hand)

SMP-ni yaratmaq üçün məhsulunuzu daha yaxşı tanımalısınız. Onu hiss edin. Öz brendinizin müştərisi olun ki, sadə və vacib suallara cavab verəsiniz: Nəyi bəyəndiniz, nəyi yox?

Məhsul və ya xidmətdən istifadə zamanı bu suallara cavab tapmalısınız: