Bu kişilərə ərə getməyin!


Digərləri 19 Noy 2019 20:56:00 264 0

Bu kişilərə ərə getməyin!

Evlilik həyatımızda verdiyimiz ən önəmli qərarlardan biridir. Sevgi bəzən insanın gözlərini bağlayır və bizi gözləyən təhlükələri görə bilmirik. Ancaq məntiqimizi duyğularımızdan öndə tutaraq sevdiyimiz insanın hərəkətlərinə diqqət yetirməliyik.

Son.az axşam.az-a istinadən evlilik üçün uyğun olmayan kişilərin xüsusiyyətlərini sizə təqdim edir:

Eqoist kişilər

Bu tip insanların həyatının mərkəzi elə özləridir. Sadəcə, öz duyğuları, istəkləri ön plandadır. Onun xoşuna gəlməyən bir şey etdiyiniz zaman asanlıqla sizi tərk edə bilərlər.

Evliliyin ciddiyyətini anlamayan kişilər

Sevgilinizin evliliyə qarşı fikirlərini, baxışını öyrənməyə çalışın. Əgər ailə qurmaq haqda söz düşərkən mövzunu dəyişdirirsə və ya evləndikdən sonra belə həyatının bugünkü kimi davam edəcəyini düşünürsə, diqqətli olun. Yanıla bilərsiniz.