Almaniya islam respublikasına çevrilir


Dünya 19 Noy 2019 20:37:00 249 0

Almaniya islam respublikasına çevrilir

Uzun müddətdir dünyanın müxtəlif yerlərindən insanlar kütləvi şəkildə Almaniyaya mühacirət edir, hərçənd ki, almanlar xaricdə tez-tez xilas yolları axtarırlar.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Avstriyada dərc olunan "Contra Magazin" jurnalındakı yazıda bildirilir.

Qeyd olunur ki, bu tendensiya gələcəkdə dah da güclənəcək və ölkəni əhalinin tamamilə dəyişdirilməsi ilə təhdid edəcək. Buna görə də məqalənin müəllifi Marko Mayer Almaniyanın islam respublikasına çevrilməsini istisna etmir.

Yazıda deyilir:

"Almaniyanın miqrasiya siyasəti əhalinin tamamilə dəyişdirilməsinə səbəb olmurmu? Yaxın onilliklərdə ölkə demoqrafik nöqteyi-nəzərdən necə inkişaf edəcək? Almaniyanın "Almanıstan"a çevrilmə riski var".

Onun fikrincə, son aylarda 1950-60-cı illərin Almaniyasının xatirələrinin oyanması labüddür. Bu, demoqrafik dəyişikliklərin özünü daha aşkar surətdə göstərdiyi böyük şəhərlərə adidir. Məqalə müəllifi əmindir ki, yaxın onilliklərdə bu dəyişikliklər daha aydın görünəcək.

Marko Mayer bunun səbəbini uzun müddətdir dünyanın müxtəlif yerlərindən insanların davamlı şəkildə Almaniyaya kütləvi mühacirətində, çoxlu sayda almanın - ilk növbədə yüksək ixtisaslı insanların "qurtuluşu" ölkə sərhədindən kənarda axtarmasında, qalıb orada yaşamasında görür.