Muğam Mərkəzində " Macarıstan musiqisi axşamları "adli layihəkonsertlər maraqla qarşılanıb FOTO


Kriminal 19 Noy 2019 19:26:00 311 0

Muğam Mərkəzində " Macarıstan musiqisi axşamları "adli layihəkonsertlər maraqla qarşılanıb  FOTO

Beynəlxalq Muğam Mərkəzində "Macarıstan musiqisi axşamları" adli layihə- konsertlər maraqla qarşılanıb.

Beynəlxalq Muğam Mərkəzi 3 gün müddətində Macarıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə "Macarıstan musiqisi axşamları" adlı konsert proqramı təqdim edib.

Paytaxt sakinləri və şəhərimizin qonaqları 11-12 və 14 noyabr tarixlərində macar xalq musiqisindən ibarət müxtəlif janrlada ifa edən macar musiqiçilərinin ifalarını dinləmək imkanı qazandılar. Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Macarıstanın Avropada məşhur nəfəs alətləri qrupunun "Cantores Esslesiae" solistləri, Evrovision müsabiqəsinin iştirakçısı müğənni Magyar Borin və tanınmış ifaçı Csurkulya Jozefin çıxışları macar musqisi həvəskarlarına bayram əhvalı bəxş edib.

Layihə çərçivəsində macar musiqiçiləri Bakı tamaşaçılarına klassik musiqi şedevrlərini təqdim etməklə bərabər milli musiqi , caz , etnik musiqinömrələrindən ibarət rəngarəng proqramla çıxış ediblər.