Saatlıda yolu keçən piyadanı avtomobil vurub öldürdü


Digərləri 19 Noy 2019 19:28:00 309 0

Saatlıda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Saatlı şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, noyabrın 18-də saat 23 radələrində Saatlı şəhərinin ərazisində şəhər sakini B.Zalıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Hicran Məmmədovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.