Nömrəsini oğurlayıb başqa maşına taxdılar


Kriminal 19 Noy 2019 19:50:00 322 0

Nömrəsini oğurlayıb başqa maşına taxdılar

Sabunçu polisinə müraciət edən Ramana qəsəbə sakini Ə.Qasımov noyabrın 8-nə keçən gecə qəsəbə ərazisindən "QAZ-31029" markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlandığını bildirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən dövlət qeydiyyat nişanlarının noyabrın 17-də Nərimanov rayonu Xətai prospektində "VAZ-2106" markalı avtomobilin üzərində olması müəyyən edilib.

Görülmüş tədbirlərlə həmin avtomobili idarə edən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Musayev nəqliyyat vasitəsi ilə birgə saxlanılıb.