50 yaşlı kişi çardaqdan yıxıldı,


Digərləri 19 Noy 2019 19:40:00 363 0

50 yaşlı kişi çardaqdan yıxıldı,

Şəkidə 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə bu gün rayonun Baş Göynük kəndində baş verib. Kənd sakini, 1969-cu il təvəllüdlü Adil Nüvər oğlu Zamanov yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından yıxılaraq ağır xəsarətlər alıb. A. Zamanov yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.