Sumqayıtın 70 illiyi qeyd olunub FOTO


Digərləri 19 Noy 2019 19:30:00 341 0

Sumqayıtın 70 illiyi qeyd olunub  FOTO

Sumqayıtın 70 illiyi qeyd olunub.

Son.az Trend-ə istinadən bildirir ki, Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 fevral 2019-cu il tarixli Sərəncamına əsasən 19 Noyabr 2019-cu il tarixdə şəhərin 70 illiyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, millət vəkilləri, Sumqayıtla qardaşlaşmış şəhərlərin nümayəndələri, ictimaiyyət nümayəndələri və on minlərlə şəhər sakini iştirakı edib.

Şəhərin yubileyinə həsr edilmiş bayram tədbiri Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında, Azərbaycan prospektində keçirilib.

Tədbir çərçivəsində Azərbaycan prospekti boyunca Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayəti ilə hərbi keçid olub. Keçid zamanı Dövlət Sərhəd Xidmətinin malik olduğu müasir silah-sursatlar nümayiş olunub.