Rusiya ABŞda keçirilən “Kainat gözəli” müsabiqəsində iştirak etməyəcək


Digərləri 19 Noy 2019 19:15:00 322 0

Rusiya ABŞda keçirilən “Kainat gözəli” müsabiqəsində iştirak etməyəcək

Rusiya ABŞ-da keçirilən "Kainat gözəli" müsabiqəsində iştirak etməyəcək.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu barədə "Miss Rusiya" müsabiqəsinin direktoru Anastasiya Belyak açıqlama verib.

O deyib ki, "Kainat gözəli" yarışmasının təsisçiləri müsabiqənin keçirilmə yeri və vaxtını çox gec bildiriblər. Buna görə də, "Miss Rusiya - 2019" müsabiqəsinin qalibi Alina Sanko vaxtında Amerika vizası ala bilməyəcək.

Bundan başqa direktor qeyd edib ki, Sanko bu il iki müsabiqədə iştirak etməli idi: "Kainat gözəli" və "Miss Dünya". Lakin müsabiqələrin keçirilmə vaxtı bir-birinə olduqca yaxındır. "Kainat gözəli" dekabrın 8-i Atlantada, "Miss Dünya" isə dekabrın 14-də Londonda keçiriləcək.