Mahir Məmmədov: “Bu il SOCAR-ın Gürcüstan büdcəsinə 150 mln dollar vergi ödəyəcəyi proqnozlaşdırılır”


İqtisadiyyat 19 Noy 2019 18:43:17 383 0

Mahir Məmmədov: “Bu il SOCAR-ın Gürcüstan büdcəsinə 150 mln dollar vergi ödəyəcəyi proqnozlaşdırılır”

Bu il SOCAR 2018-ci ildə Gürcüstanın dövlət büdcəsinə həyata keçirilən ödənişi ilə müqayisədə 6 milyon dollar və ya 4,17% çox vergi ödəyəcək

Bu il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi - "SOCAR Energy Georgia” şirkətinin Gürcüstanın dövlət büdcəsinə ödəyəcəyi verginin məbləğinin 150 mln ABŞ dolları olacağı proqnozlaşdırılır.

Bunu “Report”a eksklüziv açıqlamasında "SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, bu, 2018-ci ildədövlət büdcəsinə həyata keçirilənödənişi ilə müqayisədə 6 milyon dollar və ya 4,17% çoxdur: “2018-ci ildə "SOCAR Energy Georgia” şirkəti Gürcüstan büdcəsinə 144 milyon dollar vergi ödəyib. 2017-ci ildə bu rəqəm 120 milyon dollar təşkil edib”.

O qeyd edib ki, “SOCAR Group”a daxil olan şirkətlərin fəaliyyətə başladığı gündən Gürcüstan büdcəsinə ödəyəcəyi vergilərin həcmi bu ilin sonuna 1,5 milyard dolları ötəcək.