Zaur Darabzadə: ""CinemaPlus"da fiziki məhdudiyyətli insanlar üçün film izləməyə imkan yaradılıb"


Digərləri 19 Noy 2019 18:10:00 356 0

Zaur Darabzadə: ""CinemaPlus"da fiziki məhdudiyyətli insanlar üçün film izləməyə imkan yaradılıb"

Bu yaxınlarda "CinemaPlus" kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru Zaur Darabzadə "İnstagram" səhifəsində maraqlı paylaşım edib.

Paylaşımda qeyd olunur ki, CinemaPlus kinoteatlarlarında (Gənclik Mall, Azərbaycan, Amburan Mall, Gəncə Mall) fiziki məhdudiyyətli insanlar üçün zallarda xüsusi yerlər ayrılıb.

Zaur Darabzadə bildirib ki, xarici ölkələrdə olanda hər bir ictimai yerdə fiziki məhdudiyyətli insanları görüb və düşünürdü ki, Azərbaycanda fiziki məhdudiyyətli insanlar az olduğu üçün ictimai yerlərdə onları görmək nadir haldır.

Bu məsələyə daha diqqətli fikir verdikdən sonra anladı ki, ölkəmizin bir çox ictimai yerində onlar üçün şərait yoxdur. Dünyanın bir çox yerində fiziki məhdudiyyətli insanlar üçün xüsusi şərait yaradılır.