Ukraynanın Çerniqov vilayətinin Azərbaycanla həyata keçirmək istədiyi layihələr açıqlanıb


Siyasət 19 Noy 2019 17:55:12 267 0

Ukraynanın Çerniqov vilayətinin Azərbaycanla həyata keçirmək istədiyi layihələr açıqlanıb

“Ukrayna ilə Azərbaycan arasında münasibətlərin istər iqtisadi, istərsə də diplomatik sahədə genişlənməsi yeni imkanlar yaradır”.

“Ukrayna ilə Azərbaycan arasında münasibətlərin istər iqtisadi, istərsə də diplomatik sahədə genişlənməsi yeni imkanlar yaradır”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Ukraynanın Çerniqov vilayətinin qubernatoru Andrey Prokopenko bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi vilayətdə Azərbaycanla əməkdaşlıq sahəsindəçoxsaylı layihələr həyata keçirilməsi üçünkifayət qədər imkanlar var:“Kənd təsərrüfatı, yüngül sənaye, şərabçılıq və s. sahələrdə birgə layihələr həyata keçirə bilərik. Bizdə bitki yağlarının, spirtli içkilərin istehsalı üçün potensiallar yüksəkdir. Güman edirəm bu, Azərbaycan investorları üçün maraqlı olar”.

Qubernator deyib ki, Çerniqovda yaşayan fəal azərbaycanlılar var: “Onlar ictimai fəallıqla yanaşı, hüquqi və iqtisadi sahədə dəaktivdirlər”.

A.Prokopenko vurğulayıb ki,Azərbaycanla Ukrayna arasında tarixi, strateji dostluq və əməkdaşlıq münasibətləri mövcuddur: “Hazırkı dövrdəUkraynanın bölgələri bundanmaksimum yararlanmaq istəyir. Hər iki ölkə hazırda müəyyən mənalarda oxşar stuasiyalar yaşayır. Çernqiovda da Azərbaycan həqiqətlərinin dinlənilməsi üçün imkanlar genişdir”.