Macarıstan səfiri ADU tələbələri ilə görüşüb (FOTO)


Digərləri 19 Noy 2019 17:38:00 349 0

Macarıstan səfiri ADU tələbələri ilə görüşüb (FOTO)

Beynəlxalq əlaqələr şöbəsi və Macar dili və mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi Azərbaycan Dillər Universitetində (ADU) olub.

Bakı. Noyabrın 18-də Beynəlxalq əlaqələr şöbəsi və Macar dili və mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi Azərbaycan Dillər Universitetində (ADU) olub. Səfir universitetdə fəaliyyət göstərən “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb. Səfir Viktor Sederkenyi görüşdə şəxsi təcrübələri, təhsil aldığı dövrlər, diplomatik fəaliyyəti, eyni zamanda Macarıstan-Azərbaycan əlaqələri haqqında danışıb. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin