“Gazelli Group” yenidən beynəlxalq nominasiyanın qalibi olub (FOTO)


Digərləri 19 Noy 2019 17:15:00 377 0

“Gazelli Group” yenidən beynəlxalq nominasiyanın qalibi olub (FOTO)

Tbilisidə, “Expo Georgia” Sərgi Mərkəzində “Tbilisi Health Forum 2019” Beynəlxalq tədbiri keçirilib.

Bakı. Tbilisidə, “Expo Georgia” Sərgi Mərkəzində “Tbilisi Health Forum 2019” Beynəlxalq tədbiri keçirilib. Trend-in məlumatına görə, ən gözəl stend nominasiyasında böyük fərqlə Azərbaycanın “Gazelli Group” ətriyyat-kosmetika istehsalçısı qalib gəlib. “Tbilisi Health Forum” özündə iki layihəni - vahid məkanda bir konsepsiyada birləşdirilmiş “CAUCASUS HEALTHCARE” (Beynəlxalq Tibbi Texnologiyalar və Avadanlıq Yarmarkası) və “TBILISI BEAUTY” (Beynəlxalq Estetik Tibb Yarmarkası) layihələrini birləşdirir. Sahənin texnoloji tərəqqisini nümayiş etdirmək, yeni layihələri önə çəkmək, yerli bazarda yeni məhsullar buraxmaq və xidmətlər tətbiq etmək üçün məkan təqdim edən forum yerli və beynəlxalq mütəxəssislərin, ekspertlərin, istehsalçıların, distribüterlərin və alıcıların görüşməsinə imkan yaradır. Forumda Azərbaycanı “Gazelli Group” ətriyyat-kosmetika holdinqi təmsil edib. Onun stendində şirkət məhsullarının geniş çeşidi təqdim olunub.