Sabah axşamdan hava kəskin soyuyacaq,


Digərləri 19 Noy 2019 17:09:00 322 0

Sabah axşamdan hava kəskin soyuyacaq,

Bakıda və Abşeron yarımadasında noyabrın 20-si axşamdan noyabrın 22-dək havanın qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, arabir intensivləşəcəyi ehtimalı var. Şimal küləyi üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, havanın temperaturu iqlim normasından aşağı olacaq.

Azərbaycanın rayonlarında noyabrın 20-si axşam şimal və şərq rayonlarından başlayaraq noyabrın 23-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.