Novruz Məmmədov yeni vəzifəyə təyin olundu


Digərləri 19 Noy 2019 15:53:00 338 0

Novruz Məmmədov yeni vəzifəyə təyin olundu

Keçmiş Baş nazir Novruz Məmmədov yeni vəzifəyə təyin olunub.

Son.az Trend-ə istinadən bildirir ki, N.Məmmədov Azərbaycan Dillər Universitetinə (ADU) elmi işlər üzrə prorektoru təyin edilib.

1964-cü ildə orta təhsilini başa vuran N.Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən N.Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləmişdir.

1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.