Sabirabadda qadının evi yanıb,


Digərləri 19 Noy 2019 16:32:00 307 0

Sabirabadda qadının evi yanıb,

Sabirabad rayonunda yanğın hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Sabirabad şəhəri, Əli Kərim küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1982-ci il təvəllüdlü Hüseynova Xəyalə Tofiq qızına məxsus 200 kvadratmetr sahəsi olan 4 otaqlı fərdi yaşayış evində qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabirabad yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb, alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı ev sahibi X. Hüseynova üz nahiyyəsindən yüngül yanıq xəsarəti alıb. O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.