“Şahdağ Turizm Mərkəzi” sığortaçı seçir


Digərləri 19 Noy 2019 16:18:42 262 0

“Şahdağ Turizm Mərkəzi” sığortaçı seçir

Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC III şəxslər qarşısında mülki məsuliyyət sığortasının satın alınması məqsədi ilə açıq tender elan edib

Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC III şəxslər qarşısında mülki məsuliyyət sığortasının satın alınması məqsədi ilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 9-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 18-nə qədər dövlət satınalmalarının vahid internet portalına (www.etender.gov.az) təqdim etməlidirlər. Tenderin nəticəsi dekabrın 18-də, həmin portalda açıqlanacaq.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546 775 725 manatdır.

Şirkət maliyyə hesabatını açıqlamır.