Bakıda BU MƏKTƏBDƏ idman üçün ayrılan otaq sanitar qovşağa birləşdirilib


Digərləri 19 Noy 2019 16:05:00 391 0

Bakıda BU MƏKTƏBDƏ idman üçün ayrılan otaq sanitar qovşağa birləşdirilib

Bakının Qaradağ rayonunda yerləşən 273 saylı orta məktəbdə idman zalı olsa da, şagirdlərin bədən tərbiyəsi dərsində geyimlərinin dəyişdirilməsi üçün xüsusi otaq yoxdur.

Son.az xəbər verir ki, valideynlərin Trend-ə verdiyi məlumata görə, əvvəl məktəbdə belə bir otaq olsa da, sonradan onu sanitar qovşağa birləşdiriblər. Buna görə də şagirdlər idman geyimlərini burada dəyişməli olurlar ki, bu da valideynlərin narazılığına səbəb olur.

273 nömrəli tam orta məktəbdən Trend-ə verilən məlumata görə, 2013-cü ilə qədər idman zalının soyunub-geyinmə otaqları olub. Lakin 2013-cü ildə Bakı Şəhəri İcra Hakimiyyəti Tikinti Departamenti tərəfindən məktəb əsaslı təmir edilən vaxt soyunub-geyinmə otaqları sanitar qovşağa birləşdirilib.