Pərvin Abıyeva sevgilisindən DANIŞDI: “Məni qısqanmır” VİDEO FOTO


Şou-biznes 19 Noy 2019 16:09:00 438 0

Pərvin Abıyeva sevgilisindən DANIŞDI: “Məni qısqanmır”  VİDEO  FOTO

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi aktrisa Pərvin Abıyeva olub.

Son.az bildirir ki, bir müddət öncə gənc bəylə görüntülənən aktrisa sevgili olmadıqlarını deyib:

"O şəxs mənim sevgilim deyildi. Problemlər yarandı. Mənə çox yaxın insandı. O, hamıdan tez gəldiyi üçün o biri dostlarım gələnə kimi onu yanımda saxladım. Sevgilim məni qısqanmır. Məni tanıyır, başa düşür. Ortada konkret bir şey olmadığı üçün hər şeyi elan etmək istəmirəm. Oturduğum yerdə başımı niyə ağrıdım? Barmağımdakı üzüyü xətrimi çox istəyən bir şəxs hədiyyə edib. Qiymətini dəqiq bilmirəm, yarım karat olmalıdır. Kim olduğunu demirəm. Bilərəkdən diqqət mərkəzində qalmağa çalışmıram. Sadəcə, qadın kimi "şık" görünməyə çalışıram. Tez-tez gözə gəlirəm. Yıxılıram, bir yerimi partladıram. Ən son dodağımı partlatmışam".