DANX: Şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədi ilə monitorinqlərə başlanılıb


İqtisadiyyat 19 Noy 2019 09:51:05 265 0

DANX: Şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədi ilə monitorinqlərə başlanılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədilə monitorinq qrupu yaradılı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətitərəfindən şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədi ilə monitorinq qrupu yaradılıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, monitorinqlər 3 istiqamətdə Bakı-Sumqayıt (Sumqayıt, Xırdalan, Masazır, Saray, Novxanı), Paytaxt-Region və əks istiqamət, Beynəlxalq istiqamətlər üzrə həyata keçirilir.

"Bu səbəbdən noyabrın sonuna qədər davam edəcək cari monitorinqlərlə paralel, Respublikanın müxtəlif regionlarından paytaxta sərnişindaşıma zamanı qarşılaşdığınız problemləri qeyd etməyinizi rica edirəm", -N.Allahyarova bildirib.