Gürcüstanda rəyi soruşulanların 70%-i prezidentin fəaliyyətini mənfi qiymətləndirib


Dünya 19 Noy 2019 10:08:30 297 0

Gürcüstanda rəyi soruşulanların 70%-i prezidentin fəaliyyətini mənfi qiymətləndirib

Gürcüstanda siyasətçilər arasında ən neqativ reytinqi prezident Salome Zurabişvili&qazanıb.

Gürcüstanda siyasətçilər arasında ən neqativ reytinqi ölkə Prezidenti SalomeZurabişviliqazanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Beynəlxalq Respublikaİnstitutu (IRI) qeyri-hökumət təşkilatınınGürcüstanda keçirdiyi sorğunun yekunlarına dair hesabatda bildirilib.

Belə ki, rəyi soruşulanların 70%-i dövlət başçısının fəaliyyətini mənfi, yalnız 23%-i isə müsbətqiymətləndirib.

Prezidentdən sonra yüksək neqativ reytinqə sahib olan “Girçi” Partiyasının lideriZurab Caparidzedir. Onun işinirespondetlərin 66%-i mənfi, 4%-i isə müsbətqiymətləndirib.

Neqativ reytinqdə üçüncü yeri hakim Gürcü Arzusu Partiyasının sədri Bidzinaİvanişvili tutub. Sorğuda iştirak edənlərin 57%-i partiya liderinin fəaliyyətini mənfi, 32%-i isə müsbət kimi dəyərləndirib.

Əhalinin siyasətçilərə müsbət münasibəti baxımından ən yüksək reytinq AvropalıGürcüstan Partiyasının sədri David Bakradzeyə məxsusdur. O, 57% müsbət, 36%mənfi rəy alıb.Tbilisi meri Kaxa Kaladzenin də göstəriciləri, təxminən, eynidir.Rəyisoruşulanların 49%-i onun fəaliyyətinimüsbət, 42%-i isə mənfi qiymətləndirib.

Qeyd edək ki, sorğu bu ilin sentyabrın 10-dan oktyabrın 14-dək Gürcüstanın işğal altında olan ərazilər istisna olmaqla ölkənin bütün bölgələrində keçirilib. Araşdırmada 1 500 respondent iştirak edib.