Gürcüstanda işsizlik azalıb


Dünya 19 Noy 2019 11:26:06 214 0

Gürcüstanda işsizlik azalıb

Bu ilin III rübündə Gürcüstanda işsizlik göstəricisi 11,1% təşkil edib.

Bu ilin III rübündə Gürcüstanda işsizlik göstəricisi 11,1% təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki,bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə qonşu ölkədə işsizlik 1,1% azalıb.

Gürcüstanın kənd yerlərində işsizlik səviyyəsi şəhərlərə nisbətən daha aşağıdır. Hesabat dövründə şəhər yerlərində işsizlik 16,6%, kənd yerlərində isə 5,5% olub.

Ölkədə qadınlar arasında işsizlik səviyyəsi 10,2%, kişilər arasında isə 11,9% təşkil edib. Həm qadınlar, həm də kişilər arasında bu göstəricidə illik müqayisədə 1,1% azalma qeydə alınıb.