Ermənistan Baş Qərargahının rəisi işdən çıxarılır


Dünya 19 Noy 2019 11:40:35 312 0

Ermənistan Baş Qərargahının rəisi işdən çıxarılır

Ermənistanın Silahlı Qüvvələri Baş Qərargahı və Müdafiə Nazirliyi aparatında islahatlar və dəyişiklər aparılır.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında və Müdafiə Nazirliyi Aparatında dəyişikliklər və ixtisarlaraparılır.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, ölkənin baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən kollegiya iclasından sonra bəzi hərbçilər işdən azad edilib, yeni təyinatlar olub.

Məlumata görə, növbətikadr dəyişiklikləri ilk növbədə generalları əhatə edəcək.

Bundan sonra işğalçı ölkəninBaş Qərargah rəisinin bir müavini olacaq. Hazırda bu vəzifəni tutanOnik Qasparyan sistemdə qalacaq. Onun Baş Qərargahın indiki rəisi Artak Davtyan əvəzləyəcəyi gözlənilir. Baş Qərargah rəisinin başqa müavinləri Andranik Markaryan, Stepan Qalstyan və Tiran Xaçatryanın gələcək taleyi məlum deyil.

A.Davtyanın baş hərbi müfəttiş Movses Akopyanın yerinə təyin olunacaq.

M.Akopyanın da yeni vəzifəyə təyin olunacağı istisna edilmir. O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dayısıdır.

Qeyd edək ki, noyabrın 18-də Ermənistan baş hərbi müfəttişin başçısının birinci müavinin və müavinin tutduqları vəzifədən azad ediliblər.