Bakıda keçmiş məhkum vətəndaşı küçədə qarət etdi


Digərləri 19 Noy 2019 15:42:00 284 0

Bakıda keçmiş məhkum vətəndaşı küçədə qarət etdi

Bakıda vətəndaşı qarət edən şəxs saxlanılıb.

Bakı. Samir Əli - Bakıda vətəndaşı qarət edən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən paytaxt sakini Z.Qurbanov noyabrın 13-də rayon ərazisində 1 nəfərin ona məxsus, içərisində 3200 manat və mobil telefon olan çantasını açıq talama yolu ilə aldığını bildirib. Bakı ŞBPİ və Nəsimi RPİ 21-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa və quldurluğa görə məhkum olunmuş M.Əliyev saxlanılıb. (adsgarden = window.adsgarden || []).push({}); Ətrafında aparılmış tədbirlərlə onun cari il sentyabrın 13-də Z.Qurbanovanın mənzilindən içərisində 1800 manat olan pulqabısını oğurlaması da müəyyən edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin