Əksəriyyət oğlan olduğunu düşünürdü...


Şou-biznes 19 Noy 2019 15:24:00 728 0

Əksəriyyət oğlan olduğunu düşünürdü...

Məşhur "Səs Azərbaycan" vokal müsabiqəsinin finalçısı Ləman Dadaşovanın gözlənilməz dəyişimi hər kəsi təəccübləndirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən layihədə xarici görünüşü ilə diqqət çəkən, hətta münsiflər tərəfindən əvvəlcə oğlan olduğu düşünülən Ləmanı stilist Anar Ağakişiyev dəyişib. O, Ləmanın hər iki görüntüsünü instaqram səhifəsində paylaşıb.

"Mən onun imicini dəyişmək istədim və düşünürəm çox qəşəng alınıb. Gördüyünüz kimi düzgün imic insanı 180° dəyişə bilər", - Anar yazıb.